Akrobatlarımız Lüksemburqa yollanırlar
04.04.2025 - 19:56
Azərbaycanın akrobatika komandası aprelin 10-13-də Lüksemburqda keçiriləcək Avropa yaş qrupları üzrə yarışlarında çıxış edəcək.
Apasport.az xəbər verir ki, gimnastlarımız qadınların qrup yarışlarında mübarizə aparacaqlar.
Birinci qrup Aydan Bayramova, Zeynəb Yusifova və Nəzrin Kazımzadə, ikinci isə Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət olacaq.
Qeyd edək ki, yaş qrupları üzrə yarışlar akrobatika üzrə Avropa çempionatından əvvəl keçiriləcək.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
0
0