AMADA gimnastlar üçün seminar keçirib
12.06.2024 - 10:36
AMADA gimnastlar üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarda idmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, narkotik vasitələr, onların zərərləri və cəmiyyətə olan mənfi təsirlərindən danışılıb.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0