
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvlərinin Neftçalada nümunəvi çıxışları olub.
Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, böyük fərdi gimnastlar Zöhrə Ağamirova, Kamilla Seyidzadə, İlona Zeynalova, Mədinə Dəmirova, gənc fərdi gimnastlar Gövhər İbrahimova, İlahə Bahadırova, Fidan Qurbanlı, Şəms Ağahüseynova, eləcə də böyüklərdən ibarət qrup hərəkətləri komandanın üzvləri Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina Neftçala Olimpiya İdman Kompleksində performanslarını nümayiş etdiriblər.
Gimnastlar ahəngdar və sinxron hərəkətləri izləyicilər tərəfindən böyük maraqlı qarşılanıb.
Çıxışlardan əvvəl idmançılar kompleksin yaşıl sahəsində ağacəkmə mərasimində iştirak ediblər.
Qeyd edək ki, çıxışlar mayın 22-26-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
- Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi yekunlaşıb - FOTO
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
- Gimnastlarımız Portuqaliyada ikinci yerə çıxıblar - FOTO
- Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb - FOTO
- Gimnastlarımız tarixi uğura imza atıblar