Azərbaycan yığması Burqasda qızıl medal qazandı
12.05.2024 - 11:50
Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan yığması “Acro Cup” adlı beynəlxalq yarışda uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, millimiz Bolqarıstanın Burqas şəhərində keçirilən yarışda çoxnövçülükdə qızıl medal qazanıb.
Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət üçlük uğurlu çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Sabir Ağayev və Milana Əliyevadan ibarət qarışıq cütlük və Murad Rəfiyev-Daniel Abbasov kişi dueti finala vəsiqə qazanıb.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0