Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ikinci gününün günorta sessiyasında qarışıq komandalar arasında təsnifat yarışları keçirilib.
1-ci yeri tutan Danimarka, həmçinin Böyük Britaniya, İsveç, İslandiya, Norveç və İtaliya finala vəsiqə qazanıb. Avstriya, Niderland, Çexiya və Finlandiya ilkin mərhələdə iştirakını bitirib.
Növbəti kişi komandalar arasında təsnifat yatışı olacaq. Ev sahiblərinin heyətində yer alan idmançılar: Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev. Çingiz Vəliyev ehtiyatdadır.
Avropa çempionatında 14 ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibi komandaları mübarizə aparır. 541 iştirakçı 46 komandaya bölünüb.
Qeyd edək ki, "TeamGym" Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. O, üç alətdə çıxışlardan ibarətdir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib