Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında böyüklərdən ibarət komandalar arasında medallar uğrunda mübarizə aparıb.
Sonuncu mükafatlar üçün kişi komandalar mübarizə aparıb. Bu yarışda Danimarka qalib gəlib. Komanda 62.950 xal toplayıb və birinci yeri tutub.
İsveç gümüş (60.150), britaniyalı gimnastlar isə bürünc (55.850) qazanıblar.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması təsnifat mərhələsində 7-ci yeri tutaraq final mərhələsinin bir addımlığında qalıb.
"TeamGym" Avropa Gimnastikası tərəfindən populyarlaşdırılan komanda yarışıdır. Ona üç alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib