Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə çoxnövçülük proqramında ilk 3 yeri tutan qrup hərəkətləri üzrə komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub.
Bu növdə İsrail yığması birinci, İtaliya millisi ikinci pillədə qərarlaşıb. Azərbaycanı təmsil edən Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv isə bürünc medalın sahibi olub.
Birinci yerin sahibinə 5000, ikinci yeri tutana 3500, üçüncü pillədə qərarlaşan komandaya isə 2500 avro verilib.
Qaliblərə mükafatları Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Evangeliya Trikomiti, Avropa Gimnastikasının Texniki Komitəsinin vitse-prezidenti Yelena Aliprandi və eyni qurumun üzvü Yevgeniya Vilyayeva təqdim ediblər.
Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40000 avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək