Bədii gimnastımız Dünya Kubokunda mübarizə aparacaq
07.05.2024 - 16:56
Azərbaycanın bədii gimnastı İlona Zeynalova Portuqaliyanın Portimao şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, fərdi proqramda çıxış edəcək idmançı məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında mübarizə aparacaq.
Turnirdə azərbaycanlı hakimlərdən ədaləti Aleksandra Reyş qoruyacaq.
“Challenge” seriyasına aid Dünya Kuboku mayın 10-12-də baş tutacaq.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0