Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
10.06.2026 - 11:30
Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə 22-ci ölkə çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar. Batut üzrə yarışda fərdi və sinxron proqramda, tamblinq üzrə yarışda isə fərdi proqramda çıxışlar təqdim olunacaq.