Gimnastımız Dünya kubokunda final mərhələsinə vəsiqə qazanıb
18.04.2024 - 22:18
Azərbaycanın idman gimnastı Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, qadınların mübarizəsində Nazənin Teymurova gimnastika tirində həlledici mərhələdə iştirak hüququna yiyələnib.
Bu, idmançımızın turnirdə ikinci uğuru olub. Nazənin dayaqlı tullanmada da finala yüksəlib. Yığmanın daha bir üzvü Nikita Simonov halqalarda həlledici mərhələdə yarışacaq.
Qeyd edək ki, yarış aprelin 20-də başa çatacaq.
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0