Gimnastımız Dünya kubokunun finalında!
07.03.2025 - 17:57
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda İvan Tixonov turnikdə çıxışına görə final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin gimnastı çıxışına görə 12.200 xal alıb.
Bu da finala çıxmağa kifayət edib.
Qeyd edək ki, Dünya kubokunda dörd idmançımız finalda mübarizə aparacaq. Bundan əvvəl Nikita Simonov halqalarla hərəkətlərdə, Murad Ağarzayev və Dəniz Əliyeva isə dayaqla tullanmada təsnifat mərhələsini uğurla adlaya biliblər.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
0
0