
Azərbaycan akrobatı Ağasif Rəhimov Lüksemburqda keçirilmiş Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Raziyə Seyidli ilə qarışıq cütlükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançıya Avropa Gimnastikası tərəfindən “Shooting star” mükafatı təqdim olunub.
Gimnastlarımız qitə çempionatını 8 medalla başa vurub. Kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş (çoxnövçülük, balans, temp hərəkətləri), Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu gümüş (temp) və bürünc (balans) medallara sahib çıxıblar. Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, Anahita Bəşiri ilə Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadədən ibarət qadın qrupları isə üçüncü yerləri tutublar.
Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qadın və kişi qrupu Avropa çempionatında fəxri kürsüyə qalxıb.
- Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi yekunlaşıb - FOTO
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
- Gimnastlarımız Portuqaliyada ikinci yerə çıxıblar - FOTO
- Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb - FOTO
- Gimnastlarımız tarixi uğura imza atıblar