Gimnastlarımız Bakıdakı beynəlxalq turniri altı medalla başa vurublar
05.04.2026 - 18:30
Azərbaycan təmsilçiləri Bakıda keçirilmiş bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirini altı medalla başa vurublar.
Apasport.az xəbər verir ki, onlardan biri qızıl, üçü gümüş, ikisi bürünc əyarlıdır.
Gövhər İbrahimova lent proqramında bürünc mükafata sahib çıxıb. O həmçinin halqa ilə hərəkətlərdə də üçüncü yeri tutub.
Fidan Qurbanlı top proqramında gümüş medal qazanıb.
Digər idmançı Azadə Atakişiyeva lentlə hərəkətlərdə qızıl medal qazanıb. O həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Azərbaycan gimnastları ötən gün komanda hesabında gümüş medala yiyələniblər.
- İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib
- Gimnastlarımızdan beynəlxalq turnirdə qızıl medal
- Bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
- Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
0
0