Azərbaycan gimnastları Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Plovdiv Cup” beynəlxalq turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, məşqçi Marian Kolevin rəhbərliyi altında aerobika gimnastikası üzrə böyüklərdən ibarət komandanın heyətində Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüklər arasında mübarizə aparacaqlar.
Mədinə Mustafayeva, Vladimir Dolmatov, Dilarə Qurbanova, həmçinin Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva isə "üçlüklər"də öz bacarıqlarını nümayiş etdirəcəklər.
Adıçəkilən gimnastlar fərdi çıxışlarda da qüvvələrini sınayacaqlar.
Yarışda ölkəmizi hakim qismində Lalə Hüseynova təmsil edəcək.
Turnir avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib