Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər
18.04.2024 - 10:36
İdman gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Apasport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək həlledici mərhələyə yüksəlib.
Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.
- İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib
- Gimnastlarımızdan beynəlxalq turnirdə qızıl medal
- Bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
- Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
0
0