Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 390 xalla ikincidir. Atlet Anna Skidan (315 xal) isə üçüncü olub.
İlk "10-luq"da Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (310 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (250 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal), ağırlıqqaldıran Dadaş Dadaşbəyli (205 xal) və cüdoçu Yaşar Nəcəfov (190 xal) yer alıblar.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO