Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.
Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.
Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.
Qeyd edək ki, Dünya Kuboku mayın 25-26-da baş tutacaq.
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib