İdman gimnastlarımız Buxarestdə “RomGym Trophy”də
27.06.2024 - 19:00
İyunun 27-də Rumıniyanın paytaxtı Buxarestdə idman gimnastikası üzrə “RomGym Trophy” beynəlxalq turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.
Məşqçi Eldar Səfərovun rəhbərliyi altında Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar) və Murad Ağarzayev (sərbəst hərəkətlər və dayaqlı tullanma) mübarizə aparacaqlar.
Turnirə Nihad Şirinli isə hakim kimi yollanıb.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0