Bu gün Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlara start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər.
Bu mötəbər turnirdə 7 ölkədən – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarusdan 43 gimnast mübarizə aparır.
Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiya gimnastları, kişilər arasında isə Belarus, Rusiya və Azərbaycan idmançıları vəsiqə qazanıblar.
Qeyd edək ki, final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb