III MDB Oyunları: Finala yüksələn gimnastlarımız bəlli olub
06.10.2025 - 19:43
Bu gün III MDB Oyunları çərçivəsində bədii gimnastika yarışlarının ilk günü başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə fərdi gimnastlar halqa və top alətləri ilə, qrup hərəkətləri komandaları isə 5 halqa ilə təsnifat mərhələsində çıxış ediblər.
Fərdi proqramda çıxış edən gimnastlarımızdan Şəms Ağahüseynova top aləti ilə, Azadə Atakişiyeva həm top həm də halqa aləti ilə, Nur Sadıqova isə halqa aləti ilə finala vəsiqə qazanıb.
Gənclərdən ibarət qrup hərəkətləri komandamız isə 5 halqa ilə təsnifat mərhələsini uğurla başa vuraraq finala yüksəlib.
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO
0
0