Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatında finalların ilk günü keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında yeniyetmələr arasında mükafatlar öz sahibini tapacaq.
Qarışıq komandalar arasında keçirilən yarışın qalibi İslandiya olub. Komanda 51.600 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.
İsveç gümüş (51.400), britaniyalı gimnastlar isə bürünc (50.800) medal qazanıblar.
Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır. Ona üç alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib