Millimiz gümüş medal qazandı
30.03.2025 - 13:59
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” turnirində qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, beş halqa ilə finalda idmançılarımız 23.000 xal qazanaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Macarlar qızıl, gürcülər isə bürünc medal qazanıblar.
Qrup komandası həmçinin daha bir finalda - beş gürzlə hərəkətlərdə mübarizə aparacaq.
Qeyd edək ki, bundan əvvəl yeniyetmələrin yarışında Şəms Ağahüseynova topla hərəkətdə bürünc medal qazanmışdı.
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0