Azərbaycan gimnastları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Xorvatiyanın Osiek şəhərindədirlər.
Apasport.az xəbər verir ki, gənc idmançılarımız artıq Osiekdəki hoteldə məskunlaşıblar. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev Osiekdə idman gimnastlarımızla görüşüb. O, idmançılarla söhbət edib və mövcud şəraitlə maraqlanıb. Eyni zamanda məşqçilərlə də fikir mübadiləsi aparan MOK nümayəndəsi komandamıza yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarına iyulun 22-də start veriləcək. Yarışlar “Qradski Vrt” zalında təşkil olunacaq.
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO