Qazaxıstanda gimnastlarımızdan uğurlu nəticə
16.08.2024 - 11:52
Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində üç qızıl medal qazanıblar.
Apasport.az xəbər verir ki, millimizin üzvləri iki nominasiyada qalib olublar.
Gənclər arasında Fidan Qurbanlı çoxnövçülükdə (gürzlər və lent) qızıl mükafat əldə edib. O, "Miss Grace" nominasiyası üzrə də birinci yerə layiq görülüb.
Yeniyetmələrdən isə Nur Sadıqova (halqa və top) və Alina Kolesnikova (gürzlər və lent) çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sadıqova "Miss Grace" nominasiyasında da fərqlənənlər arasında yer alıb.
- Gəncədə Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir - FOTO
- Gəncədə Avropa çempionatının açılış mərasimi keçirilib
- Bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
0
0