Rusiya bayrağı və himninə icazə verildi: GİMNASTİKADA
18.05.2026 - 12:43
Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya gimnastlarına qoyulan qadağanı aradan qaldırıb.
Apasport.az xəbər verir ki, qurum idmançıların beynəlxalq turnirlərdə milli bayraq və himnlə iştirakına icazə verib.
Qərar “World Gymnastics”in Misirin Şarm əl-Şeyx şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Rusiya təmsilçiləri idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, idman akrobatikası və idman aerobikası üzrə yarışlarda milli simvollarla çıxış edə biləcəklər.
Qeyd edək ki, daha öncə Dünya Güləş Federasiyası da həmin qadağanı aradan qaldırmışdı.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
0
0