Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib
26.09.2025 - 23:53
Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib

Şəki şəhərində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi təşkil olunub.

Apasport.az xəbər verir ki, III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyıb.

Birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.

Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.