Təmsilçimiz çempion adına sahib çıxdı
23.02.2025 - 19:21
Adil Hacızadə Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun qalibi olub.
Apasport.az xəbər verir ki, təsnifat mərhələsində birinci yeri tutan Azərbaycan idmançısı finalda da ən yüksək xal toplayıb.
O, komanda yoldaşı Tofiq Əliyevlə qızıl uğrunda mübarizə aparıb. Nəticədə Bakıdakı ötən Dünya kubokunun gümüş mükafatçısı Hacızadə bu dəfə qalib olub. O, 29.400 xal toplayıb.
Əliyev gümüş, Sergey Finiçenko (neytral idmançı) isə bürünc medallara sahib çıxıblar.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
0
0