Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya kubokunun qalibi olub.
Apasport.az xəbər verir ki, o, finalda halqalarla hərəkətdə uğurla çıxış edib.
Təsnifat mərhələsində birinci yeri tutan Avropa çempionatının gümüş mükafatçısı finalda da ən yüksək xalı toplayıb. O, 14,233 xal toplayıb və çempion titulunu qazanıb.
Bu, Simonovun cari mövsümdə ikinci mükafatıdır. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda gümüş medal qazanıb.
Bakıdakı Dünya kubokunda halqalarla hərəkətlərdə digər mükafatçılara gəlincə, Jivey Menq (Çin) gümüş, Aleksandr Diab (ABŞ) isə bürünc medal qazanıblar.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO