Zöhrə Ağamirova 5-ci olub
21.04.2024 - 16:21
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda fərdi çıxışlarda finallara start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Zöhrə Ağamirova halqa ilə çıxını başa vurub.
Gimnastımız 33,600 bal toplayaraq, 5-ci olub. Bu proqramda qızıl medalı Darya Varfolomeyeva (Almaniya, 35,550) qazanıb. Növbəti yerləri Sofiya Raffaeli (İtaliya, 35,550) və Yeva Brezaliyeva (Bolqarıstan, 34,650) tutublar.
Qeyd edək ki, Zöhrəni lentlə final mərhələsində çıxış gözləyir. Bundan başqa qrup hərəkətləri yığmamız 2 finalda yarışacaq.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0