
İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin açılışını yunan-Roma güləşçiləri ediblər.
İlk gündə Azərbaycan millisinin 5 idmançısı xalçaya çıxıb və onlardan 3-ü yarımfinala vəsiqə qazanıb. Onların hər üçü finala yüksəlib.
U-20 Avropa çempionatı
Yunan-Roma güləşi
55 kq
Turan Daşdəmirov gürcüstanlı Koba Karumidzeyə sonuncu (4:4), ermənistanlı Levon Qazaryana isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Turan yarımfinalda ukraynalı Nazariy Babinski ilə güləşib. Güləşçimiz rəqibini 3:1 hesabı ilə məğlub edərək, finalçı olub.
63 kq
Tural Əhmədov italiyalı Emanuele Pollinonu tam üstünlüklə (8:0), bolqarıstanlı Kristiyan Milenkovu 4:0 və macarıstanlı Bende Olaşı 3:1 hesabıyla məğlub edib. O, yarımfinalda yunanıstanlı Marios Kapantaislə qarşılaşıb. 11:1 hesablı tam üstünlükllə qalib gələn pəhləvanımız həlledici görüşə vəsiqə qazanıb.
77 kq
Davud Məmmədov moldovalı Konstantin Taskaya tam üstünlüklə (11:0), türkiyəli Yusuf Tosuna isə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək yarımfinala adlayıb. Davud final uğrunda ermənistanlı Samvel Terteryanla mübarizə aparıb. Məmmədov 4:1 hesabı ilə güclü olaraq, qızıl medal uğrunda yarışmaq şansı əldə edib.
87 kq
Orxan Hacıyev təsnifat mərhələsində rumıniyalı Qabriel Stana 1:4 hesabıyla məğlub olub.
130 kq
Məzaim Mərdanov 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) uduzub.
Qeyd edək ki, Avropa çempionatı iyulun 6-da başa çatacaq.