Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, yarışın səkkizinci günündə sərbəst güləş üzrə millimiz ilk medallarını qazanıb.
Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (10:0) qalib gələrək dünya üçüncüsü olub.
Arseniy Djioyev (86 kq) isə finalda amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deyklə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (2:3) məğlub olan milli üzvü gümüş medalı boynundan asıb.