Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, bu gün startı verilən hazırlıq prosesi fevralın 8-dək davam edəcək.
Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cazini və Sabah Şəriətinin rəhbərliyi altında 37 güləşçi iştirak edir.
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq prosesi qarşıdakı nüfuzlu yarışlara, o cümlədən fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək reytinq turnirinə hazırlıq xarakteri daşıyır.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib