Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib.
Apasport.az xəbər verir ki, Eldar Bayramov bu il İspaniya Qran-prisində (4-6 iyul), Əli Babayev isə "Poland Open" turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurublar.
Bunadək II kateqoriyada xalça üzərində fit səsləndirən referilər növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.
Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar