Azərbaycan sərbəst güləş üzrə U-20 millisi növbəti təlim-məşq toplanışına başlayır.
Apasport.az xəbər verir ki, komanda sabahdan Bursada Türkiyə millisi ilə birgə hazırlığa start verəcək.
15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.
Millimiz toplanış bitdikdən sonra aprelin 17-19-da keçiriləcək "Çempionlar" turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar