Giorgi Meşvildişvili tibbi müayinədən keçəcək
12.01.2026 - 14:51
Azərbaycanın olimpiya mükafatçı olan yunan-Roma güləşçisi Giorgi Meşvildişvili (125 kq) Azərbaycan çempionatında zədələndiyi üçün tibbi müayinədən keçəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
33 yaşlı idmançı tibbi müayinədən keçəcək. Daha sonra onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, Giorgi Meşvildişvili zədələndiyi üçün Azərbaycan çempionatında Yusif Dursunov ilə final görüşünə çıxmayıb. O, Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdı.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
0
0