
Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin 3-cü yarış günündə yunan-Roma güləşi üzrə son qaliblər bəlli olub.
Azərbaycan yığmasının üç güləşçisi medallar uğrunda mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüdə yer alıb.
U17 Avropa çempionatı
Yunan-Roma güləşi
45 kq
Abdurrahman Hüseynli finalda Saba Abaşidze (Gürcüstan) ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qalib gələrək, qızıl medala sahib çıxıb.
60 kq
Əli Nəzərov həlledici görüşdə Hayk Manukyanla (Ermənistan) yarışıb. Finalda 3:11 hesabı ilə uduzan güləşçimiz gümüşlə kifayətlənib.
Qeyd edək ki, yarışın ilk günündə Rihad İbrahimli qızıl, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürünc medala sahib çıxıblar.