Bu gün Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnirə start veriləcək.
Apasport.az xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə keçirilən yarışda 10 ölkədən 200-dən artıq idmançının iştirakı gözlənilir.
4-cü dəfə keçiriləcək memorialda məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında Rəşad Məmmədov, Fərid Sadıxlı (hər ikisi 55 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkgül Həziyev (72 kq), Rəvan Nuriyev (77 kq), Laçın Vəliyev (87 kq), Arif Niftullayev, Məhəmməd Əhmədiyev (hər ikisi 97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq.
İki gün davam edəcək turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyacaq.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq