Çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi baş tutacaq.
Apasport.az xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçiriləcək yarışın yekununda bütün 5 mərhələdə güləşçilərin topladığı xallar cəm ediləcək və hər çəki üzrə dünya çempionları müəyyənləşəcək.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və İbrahim Yusubov (90 kq) mötəbər yarışda mübarizə aparacaq.
Sabah təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək.
Oktyabrın 19-da isə qruplarda son turun qarşılaşmaları ilə yanaşı, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər baş tutacaq.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar