Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatında ilk medalçılar bəlli olur.
Apasport.az xəbər verir ki, yunan-Roma güləşçində Azərbaycan millisinin 3 üzvü mükafatlar uğrunda yarışıb.
Yekunda hər üç idmançımız fəxri kürsüdə yer almağı bacarıb.
Yunan-Roma güləşi
48 kq
Yarımfinada uduzan Qurban Məcnunov bürünc uğrunda Nikolaos Zinisa (Yunanıstan) qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn təmsilçimiz Avropa çempionatında komandamıza ilk medalı qazandırıb.
80 kq
Nicat Yeylaqaliyev bürünc medal uğrunda Frederik Abrahamssonla mübarizə aparıb. Güləşçimiz 10:0 hesabı ilə təmiz qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsində yer alıb.
110 kq
Rihad İbrahimli qızıl medal mübarizəsinə çıxıb. Onun rəqibi Denis Lazarov (Bolqarıstan) olub. 7:0 hesabı ilə qalib gələn Rihad Avropa çempionu tituluna yiyələnib.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar