Güləşçimiz beynəlxalq turnirdə çempion olub
23.02.2026 - 14:52
Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
Apasport.az xəbər verir ki, 55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Abubakr Abakarov (92 kq) uğurlu çıxış edib.
Bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Abubakr finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
0
0