Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
19.08.2025 - 21:28
Azərbaycanın sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, üçüncü yarış günündə Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2.
Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
0
0