Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Ruzanna Məmmədova (62 kq) xalçaya çıxıb.
Avropa çempionu startda qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0) qalib gəlib.
1/4 finalda özbəkistanlı Nigina Sabirovayla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rəqibi üzərində 3:2 hesablı əzmkar qələbə qazanan Məmmədova yarımfinalı rahat keçib.
Türkiyəli Büşra Efeni “tuş”la məğlub edən Ruzanna karyerasında ilk dəfə U20 dünya çempionatının finalına yüksəlib.
Güləşçimiz sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar