Güləşçimiz paytaxtdakı turnirə qələbə ilə başlayıb
05.04.2024 - 12:59
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib.
Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq
0
0