Günay Qurbanova dünya üçüncüsü olub
20.08.2025 - 21:08
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.
Günay Qurbanova (59 kq) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.
Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb.
Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq
0
0