Bakıda keçiriləcək U-17 dünya çempionatına hazırlıqlar davam edir.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın son günlərində sərbəst güləşçilər mübarizə aparacaq.
Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev komandanın yarışa hazırlıq vəziyyətini dəyərləndirib:
“Komandamız indiyədək çoxlu təlim-məşq toplanışları keçirib. Hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edib. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək.
Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalibləri və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram.
Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Bunun onların çıxışına mane olacağını düşünmürəm. Dünya çempionatında rəqabət yüksək olur. Ona görə də əvvəlcədən proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib