III MDB Oyunlarında güləş yarışı davam edir.
Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşdə 5, qadın güləşində isə 4 çəkidə qaliblər müəyyənləşib.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən güləş yarışının ikinci günündə 51 idmançı mübarizə aparıb.
İlk yarış günündəki nəticə təkrarlanıb. Belə ki, bu gün də 7 güləşçimiz fəxri kürsüyə qalxıb. İdmançılarımız ilk gündə olduğu kimi, 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Sərbəst güləşdə bütün təmsilçilərimiz ilk “3-lük”də yer alıb. Rəvan Həsənzadə (48 kq) çempion olub. Hüseyn İsmayılov (65 kq) və Əli Hacıyev (80 kq) ikinci, İbrahim Süleymanov (55 kq) ilə Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.
Qadın güləşində Xədicə Qurbanzadə (49 kq) və Esra Məmmədli (57 kq) bürünc medalı boynundan asıb.
Beləliklə, güləşçilərimiz ilk iki gündə 14 medal qazanıb.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə qaliblər oktyabrın 7-də müəyyənləşəcək.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq