III MDB Oyunları: Sərbəst güləşçilərimiz 7 medal qazanıblar - FOTO
03.10.2025 - 19:17
Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sərbəst güləş yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk gündə oğlanlar arasında 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, qızlar arasında isə 40 kq, 46 kq, 53 kq və 61 kq çəki dərəcələrində mübarizə aparılıb.
Azərbaycanı təmsil edən 8 güləşçidən 7-si medal qazanıb.
Nihad Abbasov (71 kq) çempion olub. Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nəzərov (60 kq) gümüş medal, Hüseyn Rzazadə (45 kq), Nəzrin Əhmədli (46 kq), Xədicəxanım Talıbova (53 kq) və Amin Nəsibov (92 kq) isə bürünc medal qazanıblar.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq
0
0