Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, qeyri-olimpiya çəkiləri üzrə təşkil ediləcək mundialda ölkəmizi 10 güləşçi təmsil edəcək.
Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) uğur qazanmağa çalışacaq.
Daha qadınların yarışı baş tutacaq. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Alyona Kolesniklə (59 kq) Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.
Çempionata sərbəst güləşçilər yekun vuracaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) xalçaya çıxacaq.
Qeyd edək ki, mundialda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib