Qadın güləşçilərimizdən Avropa çempionatında 3 medal
28.06.2025 - 00:59
İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, ilk dəfə bu yaş qrupunda qitə birinciliyinə tam heyətlə qatılan millimiz üç medal qazanıb.
Simurə Abdullayeva (66 kq) gümüş Leyla Əsgərova (39 kq) və Məryəm Əmrəli (54 kq) isə bürünc medalı boynundan asıb.
Yığmamız 82 xalla komanda hesabında beşinci yeri tutub.
Millimiz medalların sayına, əyarına, toplanan xallara və komandanın yekun sıralamadaki mövqeyinə görə U15 Avropa çempionatları tarixində özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
0
0