Sərbəst güləşçilərimiz Türkiyədə hazırlıq keçəcəklər
05.08.2025 - 19:51
Sərbəst güləşçilərimiz Türkiyədə hazırlıq keçəcəklər

Sərbəst güləş üzrə millimiz bu gün Türkiyəyə yollanıb.

Apasport.az xəbər verir ki, yığmamız avqustun 20-dək Kastamonuda yerli komandayla birgə təlim-məşq toplanışı keçəcək.

Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 20 güləşçi yer alıb.

Yığmanın heyəti:
57 kq İslam Bazarqanov, Muhəmmədəli Əlizadə 
61 kq Nürəddin Novruzov, Ceyhun Allahverdiyev 
65 kq Əli Rəhimzadə, Ruslan Abdullayev, Murad Haqverdiyev
70 kq Kənan Heybətov, Sabir Cəfərov
74 kq Turan Bayramov, Maqomed-Başir Xaniyev 
79 kq Fərid Cabbarov, Cəbrayıl Hacıyev
86 kq Arseniy Djioyev, Ali Tsokayev
92 kq Osman Nurmaqomedov
97 kq Maqomedxan Maqomedov, Zəfər Əliyev
125 kq Xetaq Karsanov, Giorgi Meşvildişvili

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz də dünya çempionatına Türkiyədə hazırlaşır.